Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçiriləcək
04.06.2024 12:42
  • A-
  • A
  • A+

“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan icmasının yeni inzibati binasının açılışındakı çıxışı zamanı elmi ictimaiyyət qarşısında Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq vəzifəsi qoymuşdur. Bunu nəzərə alaraq, AMEA-nın Folklor İnstitutu və “Folklorçular” İctimai Birliyi Qərbi Azərbaycandakı folklor mühitlərinin aydın mənzərəsinin yaradılması, Qərbi Azərbaycan folklorunun müasir vəziyyətinin öyrənilməsi, regional özünəməxsusluğunun üzə çıxarılması məqsədilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirməyi planlaşdırır. Sizi Qərbi Azərbaycanın şifahi irsinin öryənilməsinə və bölgə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına kömək edəcək bu konfransda iştirak etməyə dəvət edirik.

Konfransda müzakirə olunacaq prioritet istiqamətlər:

- Qərbi Azərbaycan folklor mühitləri, onların coğrafiyası və təsir dairəsi;

- Qərbi Azərbaycan folklorunun regional xüsusiyyətləri;

- Qərbi azərbaycanlıların tarixi torpaqlarından deportasiyası və bunun bölgə folkloruna təsiri;

- Qərbi azərbaycanlıların etnoqrafik həyatı;

- Qərbi azərbaycanlıların inanc sistemi;

- Qərbi Azərbaycandakı aşıq mühitəri və onların müasir durumu;

- Qərbi Azərbaycandakı müqəddəs məkanlar;

- Azərbaycan folklorunun erməni folkloruna təsiri;

- Qərbi Azərbaycandakı xristian əhalinin etnoqrafik həyatının şəkillənməsində türk-islam mədəniyyətinin rolu;

- Qərbi Azərbaycanın mədəni həyatında xristian əhalinin iştirakı, müsəlman və xristian əhalinin ortaq ziyarətgahları;

- Erməni-müsəlman qırğınları xatirələrdə və digər mövzularda özətlər təqdim oluna bilər.

Mühüm tarixlər:

- Konfransda iştirak etmək istəyənlər 250-300 sözdən ibarət məruzə özətlərini 30 iyun 2024-cü il tarixinədək qerbiazerbaycanfolkloru@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

- Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 15 iyul 2024-cü il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.

- Məruzələrin tam mətni 31 avqust 2024-cü il tarixinə qədər təqdim edilməlidir.

- Konfrans 27 sentyabr 2024-cü il tarixində keçiriləcəkdir. Konfransın yeri barədə iştirakçılara məlumat veriləcəkdir.

Konfrans materialları ayrıca kitab şəklində çap olunacaq, məruzə etməyən şəxslərin məqalələri konfrans materialları kitabına salınmayacaqdır.

Məqalələrin qəbul qaydaları:

1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.

2. Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi isə 200-250 sözdən ibarət olmalıdır.

3. Məqalələrin mətni “A4” formatda, “14” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: qerbiazerbaycanfolkloru@gmail.com

4. Təqdim olunan yazının əvvəlində məqalənin başlığından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.

5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.

6. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinad mötərizədə müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi göstərilməklə sitatdan sonra verilməlidir; məs.: (Məmmədov, 2007, 17-21).

7. Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, o zaman istinad (Məmmədov, 2007(1), 31-36) və ya (Məmmədov, 2007 (2), 42-55) kimi qeyd edilməlidir. Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir; məs. (Məmmədov Emil, (2007/1), 31-36) və ya (Məmmədov Emil, (2007/2), 42-55).

8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; konfrans və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.

9. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə (rus və ingilis dillərində), ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.

10. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.

Ünvan: Bakı ş., İçərişəhər, 8-ci Kiçik qala, 31, 2-ci mərtəbə

Telefon: +994 (012) 9929314, +994 55 667 4148

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: