Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.04.2023 14:25
  • A-
  • A
  • A+

ADNSU-nun SABAH qruplarının III kurs tələbələri Neft-Kimya Prosesləri İnstitutunda olublar

ADNSU-nun SABAH qruplarının III kurs tələbələri Neft-Kimya Prosesləri İnstitutunda olublar

Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarının Kimya mühəndisliyi ixtisası üzrə III kurs tələbələri ilə görüş keçirib.

Görüşdə institutun icraçı direktoru, texnika elmləri doktoru, dosent Nizami Mürsəlov, Təhsil Şöbəsinin müdiri, kimya elmləri doktoru, dosent Lalə Əfəndiyeva və baş elmi işçi, kimya elmləri doktoru, həmçinin SABAH qruplarının müəllimi, dosent İlhamə Zərbəliyeva iştirak ediblər.

Akademik Vaqif Abbasov tələbələrə institutda aparılan elmi tədqiqat işlərindən, institutun saytı  ilə əlaqədar məlumat verib,  kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb və onların suallarını cavablandırıb.

Sonra tələbələr akademik Yusif Məmmədəliyevin institutdakı memorial muzeyi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: