Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ölüm tarixini öncədən müəyyən edən superkompüter təqdim edilib
21.09.2015 14:17
  • A-
  • A
  • A+

Ölüm tarixini öncədən müəyyən edən superkompüter təqdim edilib

ABŞ-ın Boston şəhərində yerləşən “Beth Israel Deaconess Medical Center” tibb mərkəzində quraşdırılmış superkompüter tibbi məlumatlar əsasında xəstələrin ölüm tarixini 96 faiz ehtimalla öncədən proqnozlaşdırır. “Əgər kompüter sizə öləcəksiniz deyirsə, deməli, növbəti 30 gün ərzində siz dünyadan köçəcəksiniz” - mərkəzin doktoru Stiv Xornq deyib.

Sistem 30 il ərzində mərkəzə müraciət etmiş 250 min xəstə haqqında məlumatları özündə saxlayır və hər 3 dəqiqədən bir palatalardakı xəstələrin həyat fəaliyyətinin parametrlərini qeydə alır.

Lakin həkimlər superkompüterdən ölüm tarixinin öncədən xəbər verilməsi üçün istifadə etməyi planlaşdırmırlar, onun əsas təyinatı düzgün diaqnozun qoyulmasıdır. Sistem xəstələr barədə məlumatlara əsaslanaraq nadir xəstəlikləri aşkarlaya bilir.

Qeyd edək ki, superkompüter mərkəzdə istifadə edilən yeganə innovasiya deyil. Burada həkimlər pasiyentin xəstəlik tarixçəsini öyrənməyə imkan verən “Google Glass” reallıq eynəyindən istifadə edirlər.

www.gazeta.ru

  • Paylaş: