Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Lənkəran Regional Elmi Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçiriləcək
10.04.2023 15:50
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçiriləcək

Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan etməsi barədə Sərəncamına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində də ilboyu silsilə yubiley tədbirlərinin keçirilməsi planlaşdırılır.

Tərtib olunmuş iş planına əsasən “Heydər Əliyev və Lənkəran” mövzusunda dəyirmi masa, “Heydər Əliyev və Azərbaycanda çayçılıq” mövzusunda seminar, “Dövlətçiliyin qorunmasında Heydər Əliyevin rolu”, “Azərbaycançılıq ideologiyası və multikultural dəyərlərin inkşaf etdirilməsində Heydər Əliyevin rolu” mövzusunda tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bu günlərdə Ulu Öndərin andiçmə mərasimini, cənub bölgəsinə səfərlərini, rayon ictimaiyyəti, tərəvəzçilər, çaybecərənlərlə görüşlərini əks etdirən tarixi şəkillərdən ibarət foto-stend hazırlanıb. Həmçinin bu yaxınlarda “Ümummilli Lider Heydər Əliyev müstəqillik dövrü Azərbaycan ədəbiyyatının memarı kimi” mövzusunda dəyirmi masa keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: