Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

22.09.2015 13:01
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində Mir Möhsün Nəvvaba aid materiallar yerləşdirilib

Milli Azərbaycan Tarixi Muzeyində Mir Möhsün Nəvvaba aid materiallar yerləşdirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyanın “XIX əsrdə Azərbaycanda elm, təhsil və mədəniyyət” zalında ayrıca vitrində görkəmli şair, rəssam, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvaba aid materiallar yerləşdirilib.

Burada həm mətn, həm də rəsmlərinin müəllifi M.M.Nəvvab olan “Kitabi-divani-farisi” əsəri, eləcə də “Kəşfül-həqiqəti-məsnəvi” əsərinin orijinalları qoyulub. Qeyd edək ki, musiqi nəzəriyyəsinə həsr olunan “Kəşfül-həqiqəti-məsnəvi” əsəri M.M.Nəvvabın tanınan əsərlərindəndir. Nəvvab bu əsərin də həm mətninin, həm də rəsmlərinin müəllifidir. Vitrində, həmçinin M.M.Nəvvabın çəkdiyi rəsmlərin surətləri nümayiş olunur.

Məlumdur ki, Nəvvab orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya toplayırdı. Onun kolleksiyasından bir neçə silah hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Daimi ekspozisiyada kolleksiyanın incilərindən olan, XVI-XVII əsrlərə aid dəbilqə nümayiş etdirilir.

Vitrində M.M.Nəvvabın XIX əsrin 70-ci illərinə aid fotoşəkli və Şuşadakı qəbrinin fotosu yerləşdirilib.

Xatırladaq ki, Nəvvabın qəbri üzərində abidə 1957-ci ildə qoyulub. 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan sonra abidə dağıdılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: