İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun prezidenti, professor Mansur Hüseyn Sumro AMEA Botanika İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində olub.
Görüşdə iştirak edən AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova qonağa şöbənin yaranma tarixi, burada aparılan elmi-tədqiqat işləri, əldə olunan mühüm nəticələr, kadr potensialı haqda ətraflı məlumat verib. Sonra M.Sumro şöbədə fəaliyyət göstərən laboratoriyaların iş şəraiti ilə yaxından tanış olub.
Görüşün sonunda professor M.Sumroya akademik Cəlal Əliyevin və əməkdaşların əsas nəticələrini əks etdirən AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri) jurnalının ingils dilində çap edilən xüsusi nömrəsi və buklet təqdim edilib.
Görüşdə birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir