Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.04.2023 11:25
  • A-
  • A
  • A+

“Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır” adlı elmi seminar keçirilib

“Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır” adlı elmi seminar keçirilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Tarix İnstitutu ilə birgə “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminar keçiriblər.

Seminarı giriş sözü ilə Tarix İnstitutunun icraçı direktoru, t.ü.f.d. İlqar Niftəliyev açaraq Şuşanın tarixi, mədəniyyəti, eləcə də I və II Qarabağ müharibələri haqqında məlumat verib.

Sonra t.e.d. Mais Əhmədov və t.ü.f.d. Nigar Axundova geniş məruzə ilə çıxış ediblər.

Tədbirdə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru, t.ü.f.d. Zaur Həsənov Qarabağ ərazisində aparılan tədqiqatlar barədə məlumat verib. Alim, həmçinin İsveçrə, Polşa, Koreya və Azərbaycan arxeoloqlarından ibarət beynəlxalq qrupun Füzuli rayonu ərazisində yerləşən “Yeddi təpə” kurqanında gördüyü işlərdən danışıb. Tədqiqatçı bildirib ki, ərazidə 20-dən çox belə kurqan var.

Daha sonra t.e.d., professor Arif Məmmədov Qarabağ ərazisində aparılan monitorinqlər barədə açıqlama verib.

Seminarda t.ü.f.d., dosent Akif Quliyev “Məhkəmə arxeologiyası və antropologiyası” adlı beynəlxalq konfransa hazırlıq haqqında, aparılan treyninqlərin nəticələri barədə məlumat verib. Bildirib ki, hazırda 1-ci və 2-ci Qarabağ müharibələri nəticəsində 4000-dən artıq itkin düşmüş vətəndaşımız var. Onların qalıqlarını aşkar edərək, ailələrinə təhvil vermək üçün Qızıl Xaç Komitəsinin nümayəndələri ilə birlikdə Daşaltıda, Şuşa həbsxanası ətrafında təlimlər aparılıb. Bu işlər Xocavəndin Edilli kəndində 35-40 nəfər dinc sakin və əsgər skeletlərinin tapıldığı kütləvi məzarlığın aşkarlandığı vaxtdan başlanılıb.

Tədbirdə arxeoloq alimlər t.e.d. Əsədulla Cəfərov, t.ü.f.d. dosent Təvəkkül Əliyev tədqiq etdikləri abidələr haqqında geniş çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: