Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

III Məktəblilərarası Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
26.04.2023 01:58
  • A-
  • A
  • A+

III Məktəblilərarası Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

May ayının 7-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək.

Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Qeyd edək ki, qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il 10-20 avqust tarixlərində Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

III Məktəblilərarası Astronomiya Olimpiadası və XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun dəstəyi ilə həyata keçirilir.       

Olimpiadada iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat mayın 3-ü saat 23:59-a qədər davam edəcək.

Olimpiada 7 may 2023-cü ildə saat 11:00-da Bakı Dövlət Universitetində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: