Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov “Əlyazma kitablarının bədii tərtibatı” mövzusunda mühazirə oxuyub.
Bakı Slavyan Universiteti və Odlar Yurdu Universitetinin tələbələrinin iştirak etdiyi təlimdə alim institutumuzda qorunub saxlanılan əlyazma kitablarının bərpası prosesindən, onların bədii tərtibatından bəhs edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.