Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

05.05.2023 17:25
  • A-
  • A
  • A+

MEK-də istiqlal şairi Əhməd Cavadın doğum günü münasibətilə sərgi təşkil edilib

MEK-də istiqlal şairi Əhməd Cavadın doğum günü münasibətilə sərgi təşkil edilib

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın doğum günüdür. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

Sərgidə MEK-in fondlarındakı görkəmli şairin seçilmiş əsərləri, eləcə də tədqiqatçıların onun haqqında yazdıqları “Sirr”, “Əhməd Cavad”, “Sən öylə şeirsənki, sevməyənlər anlamaz!”, “Əhməd Cavad və türk dünyası”, “Əsrin qiyamət çağı”, “Əhməd Cavad: məqalələr, xatirələr”, “Cümhuriyyət şairi”, “Əhməd Cavad: Əhməd Cavadın 120 illik yubileyi münasibətilə”, “Bir Kere Yükselen Bayrak. Ahmet Cevad'in Yaşamı ve Sanatı”, “Əhməd Cavadın yaradıcılıq yolu” və digər nəşrlər, dissertasiyalar, dövri mətbuatda çıxan yazıları təqdim edilib. Əsərlərdə Əhməd Cavadın qısa, məzmunlu həyat və yaradıcılığının təhlili, pedaqoji fəaliyyəti, xeyriyyə işlərində xidmətləri, tərcümə sahəsindəki nailiyyətləri öz əksini tapıb.

Sərgi iki həftə müddətində davam edəcək.

Qeyd edək ki, Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndində ruhani ailəsində dünyaya gəlmişdir. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi. Səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacaran, uzun illər pedaqoji fəaliyyətlə məşğul olan görkəmli ictimai xadim ADR dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin də müəllifi olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: