Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

25.07.2024 15:56
  • A-
  • A
  • A+

Azərbaycanlı yazıçının uşaq hekayəsi fin dilində dərc olunub

Azərbaycanlı yazıçının uşaq hekayəsi fin dilində dərc olunub

Rusiya Federasiyasının Kareliya Respublikasında nəşr edilən “Kipina” jurnalının iyul nömrəsində AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin “Həyəti kim təmizləyirmiş?” adlı uşaq hekayəsi fin dilində nəşr edilib.

Hekayənin tərcüməçisi Maryatta Meri, illüstrasiyanın müəllifi isə Rusiya Rəssamlar İttifaqının üzvü Marqarita Yufadır.

Qeyd edək ki, “Kipina” (fin dilində, “Parıltı”) jurnalı fin, karel və veps dillərində nəşr edilən illüstrasiyalı ədəbi-bədii uşaq dərgisidir. Jurnal 1932-ci ildə təsis edilib, 1986-cı ilin avqust ayından görkəmli kareliyalı yazıçı Yakko Ruqoyevin təşəbbüsü ilə aylıq nəşr edilir. Jurnalın baş redaktoru Yana Filimonkovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: