Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.05.2023 15:22
  • A-
  • A
  • A+

BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Dilçilik İnstitutunun seminarında iştirak ediblər

BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Dilçilik İnstitutunun seminarında iştirak ediblər

Mayın 12-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının və Təhsil şöbəsinin birgə təşkilatşılığı ilə “Şəhriyar və ana dili” mövzusunda elmi seminar keçirilib.

Seminarda institutuda istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri də iştirak ediblər.

Tədbirdə Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə maraqlanıb. Çıxışında elm və təhsilin əlaqəsinə toxunan Nadir Məmmədli tələbələrlə  təşkil olunan elmi seminarın əhəmiyyətindən bəhs edib.

İclasda tələbələrdən Elnarə Nəzərova “Şəhriyarın farsca şeirlərinin dil xüsusiyyətləri”, Ayxan Babayev “Məhəmmədhüseyn Şəhriyarın türkcə yazmaq səbəbləri”, Əminə Nuriyeva “Heydərbabaya salam” poemasının linqvistik xüsusiyyətləri”, Sənan Qasımov və Gülavaz Babazadə “Şəhriyar və türk dilinin saflığı” mövzusunda məruzələrlə çıxış ediblər.

İnstitutun icraçı direktoru, dosent Baba Məhərrəmli, elmi katib, filologiya elmləri doktoru Aynel Məşədiyeva, professor İlham Tahirov, Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Günel Orucova çıxışlarında Bakı Dövlət Universitetilə olan əlaqələrin yeni mərhələsindən bəhs ediblər. Bildiriblər ki, bu cür seminarlar elmin və təhsilin inteqrasiyası baxımından atılmış islahatyönümlü çox mühüm addımdır. Bu addım həm də dünya təcrübəsinə uyğundur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: