Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şərq-Qərb Nəqliyyat Dəhlizində logistika, idarəetmə və istismar problemləri üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək
19.05.2023 09:20
  • A-
  • A
  • A+

Şərq-Qərb Nəqliyyat Dəhlizində logistika, idarəetmə və istismar problemləri üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

24-26 may 2023-cü il tarixlərində Bakı şəhərində Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 2-ci beynəlxalq (PLMO 2023) hibrid formada konfrans keçiriləcək.

Konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Sileziya Texnologiya Universiteti (Polşa), Daşkənd Dövlət Nəqliyyat Universiteti və Gürcüstan Texniki Universitetidir.

Tədbirdə Polşa, İtaliya, Gürcüstan, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.

Şərq-Qərb Nəqliyyat Dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir. “Bir kəmər - bir yol” konsepsiyasının ayrılmaz hissəsi olan Şərq - Qərb dəhlizi ticarət yollarını, nəqliyyat və iqtisadi dəhlizlərini təkmilləşdirmək və yeni ticarət yolları yaratmaq məqsədi daşıyır. Şərq - Qərb Nəqliyyat Dəhlizi, eyni zamanda Avropa ilə Çini birləşdirən ən qısa ticarət yolu hesab olunur.

Konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirib Şərq - Qərb Nəqliyyat Dəhlizi ilə yüklərin daşınması üçün təchizat zəncirində olan elmi və praktiki problemləri müzakirə etməkdir.

Konfransda istifadə olunacaq dillər: Azərbaycan, ingilis və rus.

Qəbul edilmiş məqalələr konfrans materiallarında dərc olunacaqdır.

Ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

2nd PLMO Invitation Letter

http://conf.cyber.az 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: