Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.06.2023 14:05
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda “Salar Babanın “Cami Ət-Tavarix” əsərinin əlyazması və onun türk xalqlarının tarixində rolu” mövzusunda tədbir keçirilib

Ədəbiyyat İnstitutunda “Salar Babanın “Cami Ət-Tavarix” əsərinin əlyazması və onun türk xalqlarının tarixində rolu” mövzusunda tədbir keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük türkmən ədibi “Salar Babanın “Cami Ət-Tavarix” əsərinin əlyazması və onun türk xalqlarının tarixində rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Türkmənistandan olan alimlər də iştirak ediblər.

Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb. O, çıxışında bildirib ki, bu tədbir qardaş Türkmənistanla birgə keçirilən tədbirlərdən biridir. Türkmənistanla olan ədəbi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən alim son illər ərzində qarşılıqlı əməkdaşlığın nəticəsi olan real işləri xatırladıb. Məhtimqulu Fəraqi nəşrlərini xüsusi vurğulayan natiq, Salar Babanın “Cami Ət-Tavarix” əsərinin əlyazmasından və onun türk xalqlarının tarixindəki əhəmiyyətindən bəhs edib. Bu əsərlə bağlı bir neçə tədbirin keçirildiyini vurğulayıb.

Sonra Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı “Salar Babanın əsərinin türk xalqlarının tarixində rolu” mövzusunda məruzə edib.

Tədbirdə Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, ədəbiyyat və milli əlyazmalar institutunun direktoru Davut Orazsəhedov çıxış edərək qarşılıqlı əməkdaşlığın müsbət nəticələrindən danışıb. Türkmənistanlı alimlərdən filologiya üzrə fəlsəfə doktorları Gülcəmal Gummanova, Rəhmanberdi Qodarov, elmi işçilər Meylis Caparov və Məqsəd Meredov da çıxışlarında Salar Babanın “Cami Ət-Tavarix” əsərinin əhəmiyyətindən söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: