Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Elm adamları insanların düşüncələrini oxuyan dekoder yaradıblar
13.06.2023 09:38
  • A-
  • A
  • A+

Elm adamları insanların düşüncələrini oxuyan dekoder yaradıblar

Ostindəki Texas Universitetinin alimləri beyin fəaliyyətinə əsasən insanın fikirlərini təxmin edə bilən “semantik beyin dekoderi” yaradıblar.

Təcrübələr zamanı dekoder fikirlərin mahiyyətini tutmaq və ümumi mənası saxlamaq qabiliyyətini göstərib, lakin indiyə qədər onun istifadəsi məhduddur və bahalı avadanlıq tələb edir.

Alimlər, həmçinin dekoderə qarşı insan müqavimətinin mümkünlüyünü araşdırıb və məlumatların məxfiliyinin qorunması problemini həll ediblər.

“Biz kiminsə fikrini onun xəbəri olmadan çox tez oxumaqdan çox uzağıq. İnsanlar mütləq dekoderə öz iradələrini diktə edə bilərlər”, - dekoderin tərtibatçıları bildiriblər.

Beyin dekoderləri subyektin düşüncələrini, qavrayışlarını və ya niyyətlərini proqnozlaşdırmaq və ya yenidən qurmaq üçün beyin siqnallarının təhlilindən istifadə edən alətlərdir.

Neyrologiya və maşın öyrənməsi sahəsində texnologiyaların inkişafı ilə tədqiqatçılar beyin fəaliyyətinin şifrəsini açmaq üçün daha dəqiq və səmərəli üsullar yaratmağa çalışırlar.

Bu cür tədqiqatlar neyroprostetiklər, zədə və ya insultdan sağalma, qavrayış və düşüncənin əsas mexanizmlərini başa düşmək kimi müxtəlif sahələrdə tətbiq potensialına malikdir.

aztibb.az

  • Paylaş: