Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.06.2023 12:05
  • A-
  • A
  • A+

“Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib

“Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib

Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

Nizami adına Mədəniyyət Evində keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, eləcə də şəhərin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.

RİH başçısı Məmməd Məmmədov çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayıb, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün həyata keçirdiyi misilsiz xidmətlərindən bəhs edib.

Rayon ictimaiyyətinin tədbirinə qonaq qismində dəvət olunmuş filologiya elmləri doktoru Asif Rüstəmli “Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və Azərbaycan ədəbiyyatı” mövzusunda geniş və dolğun məzmunlu məruzə edib.

Daha sonra YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Peşə Liseyinin müdiri Nicat Göyüşov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Əli Əliyev və Qasım Rzayev adına Hacıalılı kənd tam orta məktəbinin direktoru Mehriban Rüstəmova çıxış edərək 1990-cı illərin əvvəllərində ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyevin Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün həyata keçirdiyi ictimai-siyasi sabitlik, qanunvericilik, hüquq qaydasının təmin edilməsi kimi təxirəsalınmaz tədbirləri barədə iştirakçıları məlumatlandırıblar. Ulu Öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətinin Azərbaycan dövlətçiliyini xilas etməsi və Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarması olduğu vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: