Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.07.2023 15:46
  • A-
  • A
  • A+

Botanika İnstitutu ilə Ukrayna MEA-nın Botanika İnstitutu arasında memorandum imzalanıb

Botanika İnstitutu ilə Ukrayna MEA-nın Botanika İnstitutu arasında memorandum imzalanıb

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda keçirilən Bitki aləminin öyrənilməsində müasir yanaşmalar mövzusunda beynəlxalq elmi-praktiki konfransdaiştirak etmək məqsədilə gələn xarici qonaqlar arasında Ukrayna Milli Elmlər Akademiyasının M.G.Xolodnı adına Botanika İnstitutunun Mikologiya şöbəsinin baş elmi işçisi, b.e.d., professor Nina Bisko da olub.

Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva ilə görüş zamanı qonağa institutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında məlumat verilib və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.

N.Bisko tədbirin təşkilini yüksək qiymətləndirərək dəvətə görə minnətdarlığını bildirib. Beynəlxalq konfransın bioloji müxtəlifliyin tədqiqi istiqamətində əhəmiyyətli töhfələr verəcəyini vurğulayıb.

Səfər müddətində Botanika İnstitutu və Ukrayna Milli Elmlər Akademiyasının M.G.Xolodnı adına Botanika İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda bitki ehtiyatlarının tədqiqi, toplanılması, çoxaldılması, mühafizəsi üzrə müştərək layihələrin təşkili, birgə tədqiqatların aparılması, kadrların təcrübə mübadiləsi, görüşlər, mühazirələr, simpoziumlar və s. həyata keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: