Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

04.10.2024 16:36
  • A-
  • A
  • A+

MEK-də “Beynəlxalq Müəllimlər Günü” sərgisi təşkil edilib

MEK-də “Beynəlxalq Müəllimlər Günü” sərgisi təşkil edilib

5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil edilib.

Burada günün mahiyyətinə uyğun ədəbiyyatlar sərgilənir. Onların sırasında ötən əsrin 70-ci illərindən 2002-ci ilədək dövrdə Ulu Öndər Heydər Əliyevin müxtəlif tədbirlərdə - qurultay, konfrans, müşavirə və görüşlərdə etdiyi çıxışlarda təhsillə bağlı söylədiyi fikir və mülahizələrin yer aldığı “Heydər Əliyev. Təhsil. Bilik. Cəmiyyət”, "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008", “Məktəblilərin tərbiyəsi: problemlər, perspektivlər”, “Təhsil və cəmiyyət. Təhsil islahatının dinamikası”, “Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz”, “Azərbaycan təhsil tarixi”, “İrəvan müəllimlər seminariyası və onun məzunları”, “Elin fədakar müəllimi”, “Azərbaycanda təlim-tərbiyə mədəniyyəti, təhsil və pedaqoji fikir tarixi”, “Təhsil sahəsində tədqiqatların əsas istiqamətləri”, “Müəllim peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi və müasir tədris/təlim metodları”, “Gənc müəllimlərin peşəkar inkişafı”, “Mirzə Şəfi haqqında xatirələr” və s. nəşrlər var.

Bundan əlavə, sərgidə 1888-ci ildə A.O.Çernyayevskinin və Səfərəli bəy Vəlibəyovun tərtibində işıq üzü görən ilk “Vətən dili” adlı ana dili dərsliyi, o cümlədən Qori müəllimlər seminariyasının ilk azərbaycanlı məzunu haqqında qəzet materialları təqdim olunub.

Sərgi iki həftə müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: