Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.10.2015 15:54
  • A-
  • A
  • A+

AMEA-nın elmi müəssisələrində 2015-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair müzakirələr aparılıb

AMEA-nın elmi müəssisələrində 2015-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair müzakirələr aparılıb

Bu gün AMEA Rəyasət Heyətinin iclasında Akademiyanın elmi müəssisələrində, habelə digər nazirliklər və dövlət qurumlarının tabeliyində olan elmi müəssisələr və ali məktəblərdə 2015-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların vaxtında müzakirə olunub təsdiq edilməsini təmin etmək məqsədilə bir sıra qərarlar qəbul olunub. AMEA elmi müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, müəssisənin elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabat hazırlanarkən Akademiyanın illik fəaliyyəti haqqında hesabat məcmuəsinin strukturu əsas götürülsün. Elmi müəssisənin elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabat 2015-ci il dekabrın 25-dək AMEA-nın müvafiq elmi bölmələrinə və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilsin. AMEA-nın üzvləri elmi, elmi-təşkilati, ictimai fəaliyyətləri və nailiyyətləri haqqında hesabatı, habelə təkliflərini 2015-ci il dekabrın 25-dək müvafiq elmi bölmələrə təqdim etsinlər.

Elmi bölmə rəhbərlərinə isə tapşırılıb ki, elmi müəssisələrin hesabatlarının 2015-ci il dekabrın 30-dək müvafiq elmi bölmədə müzakirəsi təşkil olunsun. Həmçinin “Azərbaycan Milli Elmlər Akademiyasının 2015-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinə daxil edilmək üçün 2016-cı il yanvarın 8-dək müvafiq materiallar elektron variantı ilə birlikdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilsin.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə isə “Azərbaycan Milli Elmlər Akademiyasının 2015-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinin 2016-cı il fevralın 20-dək nəşrə hazırlanmasını təmin etmək həvalə edilib. Qeyd olunub ki, hesabata 2015-ci ildə AMEA-da və digər nazirliklərin tabeliyində olan elmi müəssisələrdə və ali məktəblərdə aparılmış elmi tədqiqat işlərinin mühüm nəticələri, həyata keçirilmiş əsas elmi-təşkilati işlər, AMEA-nın fəaliyyətinin digər aspektləri və göstəriciləri haqqında ətraflı məlumatlar daxil edilsin.

Bu və ya digər qərarların icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: