Milli Aviasiya Akademiyasının (MAA) “Mühəndis fizikası” ixtisası üzrə təhsil alan III kurs tələbələri AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda istehsalat, “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri isə tədris-tanışlıq təcrübəsi keçirlər.
Təcrübə müddətində tələbələr Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası, Nanomaterialların tətbiqi texnologiyaları, Yüksək gərginliklər fizikası və texnikası laboratoriyaları və Qrid Mərkəzinin fəaliyyət istiqamətləri və iş prinsipləri haqqında məlumat alıblar. İlk olaraq tələbələrə Nüvə və yüksək enerjilər fizikası laboratoriyasının mütəxəssisi Ceyhun Quliyev Qrid Mərkəzi, qrid texnologiyaları, qrid hesablamaları və qrid texnologiyalarında istifadə olunan proqram təminatı haqqında ətraflı məlumat verib.
Tələbələrin təcrübə rəhbəri MAA tərəfindən Araz Abdullayev, Fizika İnstitutu tərəfindən isə Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası laboratoriyasının böyük elmi işçisi, fizik üzrə fəlsəfə doktoru Elşən Əsədovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.