Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər toxunuşları hiss edən süni dəri yaradıblar
19.10.2015 12:00
  • A-
  • A
  • A+

Alimlər toxunuşları hiss edən süni dəri yaradıblar

Stenford Universitetinin tədqiqatçılar komandası toxunuşları hiss edə və bu informasiyanı sinir sisteminə ötürə bilən dərinin süni əvəzedicisini hazırlayıb. Bu texnologiya insanın sinir sisteminə tətbiq ediləcək protezlərin yaradılmasında istifadə ediləcək. Yeni texnologiya sayəsində insanlar toxunuşları hiss etməklə yanaşı, onun gücünü də müəyyənləşdirəcək.

Alimlər informasiyanı insan beyninə ötürmək üçün xüsusi işıq tezliklərinə reaksiya verən xüsusi hüceyrələrin yaradılmasını nəzərdə tutan “optogenetika”dan istifadə edəcək.

 www.hi-news.ru

  • Paylaş: