Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dissertantı, kimya üzrə fəlsəfə doktoru Gülü Abbasova 3-4 avqust 2023-cü il tarixlərində Almaniyanın Münhen şəhərində ISER və Researchfora tərəfindən təşkil edilmiş “International Conference on Chemical and Environmental Science” adlı beynəlxalq konfransda iştirak edib.
Kimyaçı alim konfransda “COPPER (II) Coordination polymer with new N-(4-methylpyrimidin-2-YL) pyrazin-2-amine ligand: synthesis, crystal structure, and properties” adlı məruzəsilə çıxış edib və ən yaxşı təqdimat kateqoriyası üzrə sertifikata layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.