Zoğalkimilər fəsiləsinə Cornaceae Dumort. 2 yarımfəsilə, 16-ya qədər cins, 115 növ ağac və kol bitkisi daxildir. Qafqazda və Azərbaycanda 3 cinsi təbii bitir. Cornus L. - zoğal cinsinə aid Azərbaycanda yalnız 1 növü təbii yayılmışdır. Kiçik Qafqazın şimal-şərq hissəsində adi zoğal (Cornus mas L.) bitki növünün arealları araşdırılaraq, bioekoloji xüsusiyyətləri öyrənilmiş və Abşeron şəraitində çoxaldılmışdır.
Adi zoğal (Cornus mas L.) yabanı halda Kiçik Qafqazın şimal şərq bölgəsində Gədəbəy, Göygöl, Tovuz, Qazax rayonlarda tədqiq edilmişdir. Meşə ərazilərində inkişaf edən eyni yaşda olan zoğal ağacları görünüşcə müxtəlif formalarda olmaqla, kol və ağac şəklində olur. Onlar ağacların seyrək olduğu, işıqlı ərazilərdə yoğun və hündür, çətri ətrafa inkişaf etmiş olur, qalın meşəlikdə alçaq və cılız gövdəyə malik olurlar. Ədəbiyyat məlumatlarına görə adi zoğal ağacının təxminən 300 il ömrü olur. Meyvələri formaca yumru, oval, armudaoxşar və silindrik olmaqla, rəngi qırmızı, tünd qırmızı, qara qırmızı, bəzi formaları açıq sarı olur. Adi zoğal meyvəsi iriliyinə, formasına və rənginə görə tam fərqlənir. Meşədə yabanı zoğal dənələri xırda olmaqla bir dənəsinin çəkisi 2-5 qram, bağlarda mədəni becərilən zoğalın bir dənəsinin çəkisi 20-22 qr-a qədər olur. Ləti çəyirdəkdən ayrılan və ayrılmayan formaları olur. Meyvələrin ətri tərkibində olan efir yağının miqdarından asılıdır.
Dadı turş və ya turşaşirindir, biokimyəvi proseslərin təsirindən tam yetişmiş zoğalın dadı şirinləşir. Meyvələrin tərkibində 22-25% qlükoza, fruktoza, saxaroza, 11-12%, üzvü turşulardan: limon, alma, kəhraba, fol və s., 7-8% aşı maddəsi, karotin və E, B1, B2 vitamini, boyayıcı 0,62-1,6% pektin maddələri, 17% antioksidant, 1,14 amin turşuları, 1,3% sellüoza, 1,18% minerallı maddələr: dəmir, kalsium var. 55 mq %-ə qədər C vitamini olduğundan təbabətdə sinqa və çox saylı xəstəliklərə müqavimət əleyhinə tətbiq edilir. Tam yetişməmiş meyvələrdə aşılayıcı maddələrin tərkibi çox olduğundan ağız büzüşdürücülük qabiliyyətinə malikdir. Çəyirdəkdə 30% yağ olur, çox sərtdir, çəyirdək sonluqları şiş və ya küt ola bilir. Zoğal yarpaqlamazdan çox əvvəl fevral-mart aylarında çiçəkləyir. Sarı çiçəkləri bir yerə toplanıb çətir kimi sallanır. Meyvələri avqustun axırı və sentyabrda yetişir.
Tədqiqat apardığımız adi zoğal növü Azərbaycanda təbii olaraq yayılmışdır. Zoğal toxumları Kiçik Qafazın şimal-şərqin ayrı-ayrı bölgələrindən dəniz səviyyəsindən fərqli yüksəkliklərdən: – Tovuz rayonundan, Göygöl milli parkından, Gədəbəy qarışıq meşələrdən tədarük edilmişdir. Meşədə yalnız yetişmiş meyvələr toplanılır ki, bu da əkin üçün ən yaxşı materialdır. Zoğal ağaclarının möhkəm gövdəsi, yaxşı inkişaf etmiş çətiri olur. Belə olduqda səpilmiş toxumdan alınan cücərtilərin davamlılığı və genetik müxtəlifliyi yüksək səviyyədə olur. Zoğal toxumları bir neçə üsul ilə səpilir. Adi səpin qaydasında zoğal toxumları səpindən bir il sonra cücərir. Buna görə də toxumların cücərməsini sürətləndirmək üçün stratifikasiya üsulundan istifadə olunub. Payızda səpilmiş toxumlar daha yaxşı inkişaf edir və yaz səpininə nisbətən 7-10 gün tez cücərir. Strafikasiya edilməyən toxumlar yalnız iki ildən sonra cücərir. Zoğal toxumlarını şirəli meyvə lətindən təmizlənildikdən sonra daha yaxşı cücərir. Toxumların keyfiyyətinə və miqdarına iqlim şəraiti də müəyyən təsir göstərir. Zoğalın toxumlarının cücərmə qabiliyyəti tez itir. Buna görə də toxumları 1 ildən artıq saxlamaq məsləhət görülmür. Toxumların səpin üçün bir neçə hazırlanma üsulu vardır. İslatma üsulunda toxumlar otaq temperaturunda olan suda saxlanılır. Toxumun səpin dərinliyi düzgün seçilmədikdə cücərtilər seyrək və zəif olur. Torpaqda mineral maddələrin çatışmaması, rütubətin az olması cücərtilərə mənfi təsir göstərir. Toxum səpinindən öncə, əvvəlcədən hаzırlanmış tоrpаq qаrışığının tərkibi: bаğ tоrpаğı -1 hissə, torf - 1 hissə, peyin -1 hissə, şirə qum-1 hissə, yarpaq çürüntüsü-1 hissə оlmuşdur. Oktyabr ayında toxumlar təcrübə sahəsinə nəm, qidalı torpaq qarışığındа 12-15 sm dərinliyində yеrləşdirilərək, üstü torpaq qarışığı ilə örtülmüşdür. Səpilmiş toxumlardan aprel ayının birinci ongünlüyündə ilkin, 4-6 gündən sonra kütləvi cücərtilər müşahidə edilmişdir. Pаyızdа əkilən tохumlаrın cücərtiləri, yаzdа əkilən tохumlаrın cücərtilərinə nisbətən 5-8 gün əvvəl əmələ gəldi. Pаyızdа (оktyаbr) səpilən adi zoğal növünün tохumlаrı yüksək cücərmə qаbiliyyətinə mаlik оlub, 43-85% cücərti vеrmişdir. Аpаrılmış təcrübələr nəticəsində müəyyən оlmuşdur ki, təzə yığılаn tохumlаr yığılıb sахlаnılаn tохumlаrа nisbətən dаhа tеz cücərti verir. Aprel ayının sonunda, may ayının əvvəlində əsas yarpaqlar əmələ gəlir.
Səpin sahəsi vaxtaşırı alaqlardan təmizlənir və yumşaldılır, cərgəarası təmiz saxlanılır. Alaq bitkilərindən mübarizə, suvarma və əlavə gübrələmə tinglərin normal inkişafına kömək edir. Birillik toxmacarlar 5-6 dəfə, ikiillik toxmacarlar 3-4 dəfə alaqlardan təmizlənmişdir. Abşeron şəraitində yay qızmar keçməsi ilə əlaqədar, tez-tez suvarmadan sonra torpağın üst bərk qatı ehtiyatla davranmaqla, cücərtilər zədələnmədən dərhal yumşaldılmışdır. May ayının sonu iyun ayının əvvəllərində cücərtilərin zəif olmasını nəzərə alaraq isti, quru havada günəşin və küləyin təsirindən cücərtilərdə saralma və zəifləmə olmaması üçün, cücərtilərin üzəri samanla örtüldü. Səpin sahəsində bitkilərə quru hava şəraitində hər gün xüsusi çiləyicilər vasitəsi ilə 2-2,5 vedrə su verildi. Avqust ayının sonunda suvarma dayandırıldı ki, qışa qədər bitkilərin oduncağı qalınlaşsın. 2-3 illik toxmacarlar böyümə sahəsinə köçürüldü. Bitkilərin köçürüldüyü sahə əvvəlcədən şumlanıb üzvi gübrələr və kompostla təmin edilmişdir. Boyümə sahəsində bitkiarası məsafə orta hesabla 35-50 sm, cərgəarası 0,75-1 m oldu. Adi zoğalın toxumla çoxaldılmasının üstünlüyü ondan ibarətdir ki, bu bitkilər xəstəliyə və ekoloji amillərə qarşı daha davamlı olurlar.
Cücərmiş bitkilər düzgün və zamanında köçürülməzsə əksəriyyəti növbəti ilə məhv olur. Təcrübə sahəsində becərilən cavan bitkilər, yəni əkin materialı bir və ya bir neçə ildən sonra erkən yazda və payızda daimi sahəyə köçürülür. Yazda bitkilərdə tumurcuqlar inkişaf etməmiş, payızda isə bitkinin yerüstü inkişafı dayandıqdan sonra köçürmə işləri aparıla bilər. Bitkilər köçürülən zaman kök sistemi torpaq qarışıq çıxarılır ki, zədələnməkdən qorunsun. Daimi yerinə köçürülmüş bitkilərə qulluq müəyyən şərtlərdən asılıdır. Abşeron yarımadasının iqlim şəraitində üzərində tədqiqat apardığımız bitkilərin yaşı, ölçüsü, əkin materialının keyfiyyəti, əkin sıxlığı, torpaq şəraiti nəzərə alınmalıdır. Əlverişli əkin müddəti seçildikdə və bitkilər yaxşı inkişaf etdikdə, sonradan qulluq tələb olunmur. Əgər əkin materialı sıx otlu və kollu sahəyə köçürülübsə və bu zaman zəif inkişaf etmiş tinglərdən istifadə olunubsa, ilk illərdə müntəzəm aqrotexniki qulluq və suvarılma işləri həyata keçirilir.
Adi zoğalın gövdəsi əvvəlcə yaşıl, sonradan tam oduncaqlaşmış halda tünd yaşıl rəngli olur, noyabrdan mart ayına qədər isə qonur rəngə çevrilir. Yarpaqları töküləndir. Bitki Abşeronun iqlim şəraitinə davamlıdır. Аpаrılmış tədqiqаtlаr nəticəsində müəyyən оlmuşdur ki, qeyd olunan adi zoğal quraqlığa davamlı hesab olunur.
İntrоduksiyа оlunаn bitkilərin nоrmаl böyüyüb inkişаf еtməsi üçün оnlаrın yеni iqlim şərаitinə uyğunlаşmаlаrı böyük əhəmiyyət kəsb еdir. Ağаc, kоl bitkilərinin intrоduksiyаsı üçün bu bitkinin Abşeron rayonunun qışа dаvаmlı olması, əsаs аmillərdən sаyılır və ətrаf mühitin аşаğı düşən hərаrət rеаksiyаsı, hər bir növ üçün səciyyəvi оlаn cаnlı hücеyrələrin prоtоplаzmаsının хüsusiyyətləri ilə təyin оlunur. Tədqiqat nəticəsində adi zoğal ekoloji amillərə, o cümlədən tеmpеrаtur rejiminə təsiri öyrənilmişdir. Məlum olmuşdur ki, tеmpеrаturun dəyişməsi bitkinin nоrmаl inkişаfınа təsir göstərir. Adi zoğal birillik dövründə temperaturun -8 və -70C-yə qədər aşağı düşməsindən əziyyət çəkir. -10 və -120C temperaturda yarpaqları və cavan budaqları kökə qədər donur.
Azərbaycanın ayrı-ayrı bölgələrindən gətirilmiş adi zoğal növünün toxumları Abşeronun torpaq-iqlim şəraitində çoxaldılmışdır. Bioekoloji xüsusiyyətləri öyrənilmişdir. İstiyə və soyuğa davamlı, işıqsevəndir, torpağa az tələbkardır. Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Zoğal meyvəsindən insanlar qida kimi təzə, qurudulmuş və bişirilmiş halda istifadə edir. Müalicəvi əhəmiyyətə malik zoğal, ağciyər, bağırsaq xərçənginin qarşısını alır, insulinin miqdarını tənzim edir, ürək xəstəliklərinə görə faydalıdır, sidik yollarının infeksiyasını aradan qaldırmağa yardım edir. Səbəbi budur ki, zoğal sidiyi turşuya çevirir və əks bakteriyası olan hyuburik turşusuna çevirir. Bu maddə ancaq zoğalda olur. Zoğal böyrək daşları üçün də faydalıdır. Zoğalın turşuya çevirmək xasiyyəti daşları əridir, bakteriyaların bir-birinə yapışmasının qarşısını alır və infeksiyanı aradan qaldırır. Yəni zoğal bakteriyanın bədəndən çıxmasına səbəb olur və onu artmağa qoymur. Bu maddə bədəndə toplanan piyləri əridir, bədəndə toplanmış zəhərli maddələri xaric edir və çəkini azaldır. Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və susuzluğa qarşı vasitə kimi istifadə edilir. Çəyirdəyini qovurub toz halında uşaqlarda baş verən ishala, dizenteriyaya qarşı dərman vasitəsi kimi istifadə edilir.
Ümumiyyətlə, Azərbaycanın xalq təbabətində zoğalın meyvələrindən çox qədimdən isitməyə (malyariyaya) qarşı istifadə olunur.
Zoğaldan hazırlanan keyfiyyətli turşudan və lavaşdan bir sıra xörəklərdə dadverici, iştahgətirici, mədənin həzm prosesini yaxşılaşdırıcı kimi geniş istifadə edilir.
Minarə HƏSƏNOVA, Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.