Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yosunlardan elektrik enerjisi istehsal etmək mümkün olacaq
20.10.2015 12:28
  • A-
  • A
  • A+

Yosunlardan elektrik enerjisi istehsal etmək mümkün olacaq

Yosunların tənəffüs və fotosintezindən istifadə olunmaqla elektrik enerjisi istehsal etmək mümkün olacaq.

Kanadanın Monreal şəhərindəki Konkordiya Universitetinin alimləri yosunların tənəffüs və fotosintezindən istifadə olunmaqla elektrik enerjisi istehsal edən yeni texnologiya kəşf ediblər. Universitetin optik bio-mikrosistem laboratoriyasının mütəxəssislərinin yaratdıqları mikro-fotosintetik hüceyrə günəşdən alınan enerjini elektrik enerjisinə çevirir.

“Technology” jurnalında yayımlanan araşdırmaya görə, mikro-fotosintetik hüceyrə texnologiyası günəş enerjisindən daha yaxşı faydalanmaq üçün yaradılan texnologiyalardan biridir. Alimlərin fikrincə günəşin yer kürəsinə bir saatda göndərdiyi enerji dünyadakı insanların bir ildə istehlak etdiyi elektrik enerjisindən daha çoxdur. Bunun üçün də alimlər yaratdıqları yeni sistem və texnologiyaları inkişaf etdirərək günəş enerjisindən daha çox faydalanmanı təmin etməyə çalışırlar.

Fotosintetik güc hüceyrəsi anod, katod və proton dəyişmə pərdəsindən meydana gəlir. Hüceyrənin anod qismi bakteriyalardan yaranır və bakteriyalar elektronları katotdan elektrod səthə köçürür. Bir xarici yük də elektronların əldə edilməsində istifadə edilir. Yeni texnologiya üzrə hər bir hüceyrə 993 meqavolt açıq dövrə gərginliyi və 36,23 W/sm2 güc sıxlığı istehsal edə bilir.

www.sciencedaily.com

  • Paylaş: