Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.08.2023 13:05
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Günay Hacıyeva “ρ Cas (HR 9045, HD 224014) ulduzunun kimyəvi tərkibi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə model üsulu ilə ρ Cas hipernəhəng ulduzunun atmosferi tədqiqat nəticələri təqdim edilib. Tədqiqatda istifadə olunmuş fotometrik kəmiyyətlərinin və hidrogenin Balmer seriyasının xətlərinin ekvivalent enlərinin müşahidə və nəzəri hesablanmış qiymətlərinin müqayisəsi əsasında ulduzun effektiv temperaturu və səthində ağırlıq qüvvəsinin təcili, FeII xətləri əsasında mikroturbulent hərəkət sürəti təyin edilmiş, ulduzun atmosferində kimyəvi elementlərin miqdarı hesablanmışdır. Aşkar edilmişdir ki, ρ Cas ulduzunun atmosferində Günəşdə olan miqdar ilə müqayisədə karbon elementinin miqdarı az, azot və natrium elementlərinin miqdarı çox, digər elementlərin miqdarı isə praktik olaraq eynidir.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: