Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.08.2023 16:35
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı Sinqapurda keçirilən beynəlxalq konfransda iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı Sinqapurda keçirilən beynəlxalq konfransda iştirak edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Vikipediya qrupunun rəhbəri Aida Aslanova 4 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində Sinqapurda keçirilən beynəlxalq “Vikimaniya” konfransında Azərbaycanı təmsil  edib.

Hər il keçirilən beynəlxalq Vikimaniya konfransının əsas məqsədi vikipediyaçıları görüşdürmək, onların bir-birlərinin vikipediyadakı gələcək planları haqqında informasiya əldə etməyə şərait yaratmaqdır.

Aida Aslanova konfrans müddətində 10-dan çox vikimediya layihəsinin təlimlərində iştirak edib, fikir mübadilələri aparıb, türkdilli dövlətlərin görüşündə yeni layihə ideyası ilə çıxış edib. Milli geyimdə ölkəmizi təmsil edən qrup rəhbəri Vikipediyanın yaradıcısı Jimmi Uels ilə xatirə fotosu çəkdirib.   

Qeyd edək ki, A.Aslanova Gənclər və İdman Nazirliyi  və Azərbaycandilli vikipediyada fəaliyyət göstərən Azərbaycan vikimediyaçıları istifadəçi qrupunun gənc vikipediyaçılar üçün təşkil etdiyi yay düşərgəsində təlimçi qismində iştirak edib. Lənkəran Olimpiya İdman Kompleksində 4 gün davam edən düşərgədə gənclər müxtəlif  vikimedia layihələri üzrə təlim və seminarlar vasitəsi ilə Vikipediya, Vikiverilənlər, Vikianbar və s. mövzular üzrə biliklər əldə ediblər.

Tədbirin sonunda Aida Aslanova düşərgənin təşkilindəki fəaliyyətinə görə sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: