Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.08.2023 14:46
  • A-
  • A
  • A+

Rəsədxana əməkdaşı Çexiyada ezamiyyətdədir

Rəsədxana əməkdaşı Çexiyada ezamiyyətdədir

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Ulduz asmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynurə Həsənova Çex Respublikasının Onderjov Rəsədxanasında elmi ezamiyyətdədir.

Çex Respublikası Elmlər Akademiyasının Astronomiya İnsititutu və Almaniyanın Potsdam Universitetinin “Ulduz Astrofizikası” qrupunun təşkilatçılığı ilə 21 avqust - 1 sentyabr tarixlərində Çexiyanın Onderjov Rəsədxanasında təşkil olunan “Müşahidə Texnikaları Vörkşopu - 2023” (Workshop on Observational Techniques - 2023) adlı beynəlxalq vorkşopun proqramına müşahidə prosesinə hazırlıq, müşahidə olunacaq obyektlərin siyahısının hazırlanması, spektral və fotometrik müşahidə metodları, müşahidə materiallarının “IRAF” proqram paketi vasitəsilə emalı və emal olunmuş materialların analizi metodları daxildir.

Müxtəlif ölkələrdən vorkşopa dəvət almış iştirakçılar, bu müddət ərzində hazırladıqları müşahidə obyektlərinin siyahısı əsasında Onderjov Rəsədxanasının 2 metrlik Perek teleskopunda spektral müşahidələr və 65 sm-lik Mayer teleskopunda fotometrik müşahidələr aparırlar. Alınan müşahidə materiallarının emalı və analizi vörkşop müddəti ərzində həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: