Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.09.2023 17:56
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Coğrafiya İnstitutunun  Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov açaraq gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.  

Sonra dünyasını dəyişmiş şöbə müdiri, c.ü.f.d. Rəfail Abdullayevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zakir Eminov coğrafiyaçı alimlər şöbə müdiri, c.ü.f.d., dosent İsmayıl Quliyevi və elmi işçi Zülfəli Rəsulovu 70 illik yubileyi münasibəti ilə institut kollektivi adından təbrik edib.

Daha sonra əməkdaşların işə davamiyyəti, “Azərbaycanda coğrafiya elminin tarixi nailiyyətləri və müasir problemləri” adlı kitabın hazırlıq vəziyyəti, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 22-23 noyabr tarixində baş tutacaq konfransa hazırlıq, “Qafqaz Xəzər bölgəsinin iqlim, müasir tektonik proseslər, dəniz səviyyə dəyişmələri və topoqrafiya əlaqəsinin təhlili” elmi-tədqiqat işinin vəziyyəti müzakirə olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: