Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Coğrafiyanın müasir problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
12.09.2023 15:45
  • A-
  • A
  • A+

Coğrafiyanın müasir problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

22-23 noyabr 2023-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” mövzusunda II beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfrans ETN akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Bursa Uludağ Universiteti, Qırğızıstan Təhsil Akademiyası, Özbəkistanın Cizzax Dövlət Pedaqoji İnstitutu, Moldovanın Tiraspol Dövlət Universiteti və Rusiya Federasiyasının Dağıstan Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə baş tutacaq.

Konfransın əsas bölmələri:

- Landşaftlardan istifadənin müasir vəziyyəti;

- İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri;

- Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, ekoloji problemləri;

- İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı;

- Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri;

-   Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri;

- Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi;

- Mədəni-irs turizminin potensial imkanları;

- Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları;

- Elm və təhsilin inteqrasiyası istiqamətində mövcud problemlər;

- Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri.

Məqalələr 12 noyabr 2023-cü ilə qədər qəbul edilir.

E-mail: nauka1987@bk.ru

Materiala olan tələblər:

Mətnin formatı: Microsoft Word (*.doc, *.docx), səhifənin formatı: А4 (210x297 мм), oriyentasiya: kitab, sahələr (yuxarı, aşağı, sol, sağ): 2 sm, çap: Times New Roman, ölçü (şrift) – 12, sətirarası interval: 1, paraqraf: 1.25, məqalənin həcmi: 5-7 səh., mətnin orijinallığı: ən azı 70% olmalıdır.

Məqalənin Tərtibatı:

Məqalənin içərisində mətnin yeri və quruluşu

İngilis dilində:

- Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);

- Müəllifin adı və soyadı (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);

- Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);

- İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);

- Xülasə (150 – 200 söz, şrift 11);

- Açar sözlər (5-7 söz, şrift 11).

Bir sətir aralı:

Azərbaycan dilində:

- Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);

- Müəllifin S.A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);

- Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);

- İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);

- Xülasə (150 – 200 söz, şrift 11,);

- Açar sözlər (5-7 söz, şrift 11);

Bir sətir aralı:

Məqalənin əsas mətni bir sətirdən sonra verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası – 1,25 sm);

Ədəbiyyat siyahısı: məqalənin sonunda "İstifadə olunmuş ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətndə ədəbiyyata istinadlar aşağıdakı kimi göstərilir: (Cavid, 2005: s. 78).

Məqalələrinizi mövzu yerinə konfransın adını yazıb, müraciət ərizəsi ilə birlikdə aspuguba@gmail.com ünvanına göndərməyiniz xahiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: