Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.09.2023 14:25
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı gənclər və idman naziri ilə keçirilən görüşdə iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı gənclər və idman naziri ilə keçirilən görüşdə iştirak edib

AR Elm Və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, azərbaycandilli Vikipediyanın patrulu Aida Aslanova gənclər və idman naziri Fərid Qayıbovla keçirilən görüşdə iştirak edib.

Tədbirdə nazir müavini İndira Hacıyeva və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov da iştirak ediblər.

Nazir özünün dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşündə onların qazandıqları uğurlar, iştirak etdikləri tədbirlər barədə fikir mübadiləsi aparıb.

Aida Aslanova görüşdə çıxış edərək, Vikipediya sahəsində gördüyü işlər, qazandığı uğurlar barədə məlumat verib. Son səfəri – Sinqapurda keçirilmiş Beynəlxalq "Wikimaniya 2023" konfransı haqqında danışarkən, A.Aslanova onun təklifi ilə 2024-cü ildə nəzərdə tutulan türkdilli dövlətlərin vikipediyaçılarının növbəti zirvə görüşünün Bakıda keçiriləcəyini xüsusilə qeyd edib. Natiq çıxışının sonunda vikipediyaçılara verdiyi dəstəyə görə nazirə öz təşəkkürünü bildirib.

Görüşdən sonra A.Aslanova Space radiosuna Vikipediya və Sinqapur səfəri haqqında müsahibə verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: