Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.09.2023 09:32
  • A-
  • A
  • A+

Gəncə Bölməsində gənclərlə görüş keçirilib

Gəncə Bölməsində gənclərlə görüş keçirilib

AMEA-nın Gəncə Bölməsində 2023-2024-cü tədris ilində tələbə və magistrant adını qazanmış gənclərlə görüş keçirilib.

Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tələbə və magistr adını qazanmış gəncləri və onların yaxınlarını təbrik edib. O, ölkəmizin daha işıqlı gələcəyinin bacarıqlı, savadlı və intellektual gəncliklə bağlı olduğunu və yetişməkdə olan nəslin bu yüksək hədəflərə çatması üçün ölkə rəhbərliyi tərəfindən onlara hər cür şərait yaradıldığını vurğulayıb.

Sonra AMEA-nın Gəncə Bölməsinin elmi katibi Elnur Həsənov 2023-2024-cü tədris ilində magistraturaya daxil olan, həmçinin övlad və nəvələri tələbə adı qazanmış əməkdaşların siyahısını səsləndirib. Bölmənin sədri, rəhbərliyi və həmkarlar təşkilatı adından onlar mükafatlandırılıblar.    

Sonda görüş iştirakçıları onlara göstərilən diqqət və səmimi münasibətə görə AMEA-nın Gəncə Bölməsinin rəhbərliyinə minnətdarlıq ifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: