AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (the International Institute for Central Asian Studies / IICAS) direktoru Evren Rutbili ilə görüşüb.
Fərhad Quliyev qonağı salamlayaraq bildirib ki, rəhbərlik etdiyi institutun Mərkəzi Asiya və ümumilikdə Türk dünyası elmi mərkəzləri, o cümlədən, IICAS ilə əməkdaşlığının tarixi vardır. İnstitut əməkdaşları türk respublikalarında keçirilən elmi konfrans və simpoziumlarda, birgə arxeoloji tədqiqatlarda iştirak ediblər. Cari ilin sentyabr ayında Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARICA) Birinci Toplantısı Türk Akademiyası və AMEA Arxeologiya və Antropologiya İnstitutu və Türk Dövlətləri Birliyinin birgə təşkilatçılığı Şuşa şəhərində keçirildi. IIKAS-ın keçmiş dirktoru, hal-hazırda Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevlə birgə sürülmüş təşəbbüsə əsaslanaraq institut qarşıdakı illərdə müştərək tədqiqatları aparmağı planlaşdırır. Eyni zamanda bir sıra türk respublikalarının arxeoloji tədqiqat mərkəzləri ilə əməkdaşlıq memorandumu imzalanmışdır. Bu kontekstdə Fərhad Quliyev belə bir təklif irəli sürdü ki, qarşıdakı illərdə Türk-İslam arxeologiyası istiqaməti üzrə IICAS ilə əməkdaşlıq gündəmə çıxarıla bilər.
IICAS direktoru Evren Rutbil Arxeologiya və Antropologiya İnstitutunun apardığı elmi-tədqiqat işlərinin müstəqil və muxtar türk respublikaların elmi çevrələrində məlum olduğunu vurğuladı. E.Rutbil IICAS-ın türk respublikalarının elmi müəssisələri ilə birgə qrant layihələrini də maliyyələşdirdiyini bildirmiş, elmi müəssisə və fərdi olaraq IIKAS-a qrant layihəsinin təqdimatının mümkünlüyü barədə məlumat verdi. Eyni zamanda IIKAS arxeoloji texnologiya üzrə gənc alimlərin ixtisaslaşmasının təşkili istiqamətində də imkanlara sahib olduğunu qeyd etdi.
Görüşdə yaxın gələcəkdə AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə IIKAS arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin icrası barədə yekdil razılıq bildirildi.
Tədbirdə, həmçinin AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi katibi, t.ü.f.d., dosent Ellada Bəkirova, institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin Səlimbəyov, AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, t.ü.f.d. Fərda Əsədov iştirak ediriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.