Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək
15.09.2023 10:28
  • A-
  • A
  • A+

“Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Bu əlamətdar yubiley təkcə qardaş Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir.

Bu əlamətdar tarixlə bağlı il ərzində bir sıra tədbirlər həyata keçirən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 20 və 21 sentyabr 2023-cü il tarixində Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illik yubileyinə həsr olunmuş “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.

Sentyabrın 20-də saat 11:00-da AMEA-nın Əsas binasının kiçik akt zalında (H.Cavid 117, Akademiya şəhərciyi, əsas bina, 2-ci mərtəbə) açılışı olacaq konfransda Türkiyə tarixi, ədəbiyyatı, iqtisadiyyatı, siyasi və ictimai həyatı, Türkiyə - Azərbaycan əlaqələri və Türkiyə - Türk dövlətləri münasibətlərinə dair elmi mövzuları əhatə edən məruzələr səsləndiriləcək. Konfransa Azərbaycandan 54, xaricdən (Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Ukrayna, Belarus) 13 iştirakçı qatılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: