Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.09.2023 09:46
  • A-
  • A
  • A+

Gəncə Bölməsində professor Xəlil Yusiflinin xatirəsi anılıb

Gəncə Bölməsində professor Xəlil Yusiflinin xatirəsi anılıb

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi Əməkdar elm xadimi, “Şöhrət” ordenli, professor Xəlil Yusiflinin (1935 - 2022) anım gününə həsr edilmiş dəyirmi masa keçirib.

Gəncə Bölməsinin Elmi katibi Elnur Həsənov iştirakçıları Bölmənin sədri, akademik Fuad Əliyevin adından salamlayıb və görkəmli alim, filologiya elminin, xüsusən nizamişünaslığın nəhəng isimlərindən olan Xəlil Yusiflinin əziz xatirəsinin daim bu elm ocağında hörmətlə anıldığını, mütəmadi olaraq, onun həyat və elmi fəaliyyətinə həsr olunmuş tədbirlər keçirildiyini, kitablarının nəşr olunduğunu diqqətə çatdırıb.

Tədbir iştirakçıları alimin xatirəsinə ithaf olunan, Gəncə Bölməsində hazırlanmış filmə tamaşa ediblər.

Folklor İnstitutundan tədbirə qatılmış qonaqlardan Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy “Professor Xəlil Yusiflinin Nizamişünaslığın inkişafındakı rolu”, dosent Qalib Sayılov isə “Professor Xəlil Yusifli və klassik Azərbaycan ədəbiyyatı” mövzuları ilə çıxış ediblər.

Həmçinin Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizamişünas alim, professor Xəlil Yusifli və Azərbaycan nizamişünaslığı” və Bölmənin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva “Professor Xəlil Yusiflini xatırlayarkən” adlı məruzələri dinlənilib.

Anım tədbirində çıxış edənlər görkəmli ədəbiyyatşünas alim, nizamişünaslığımızın patriarxı professor Xəlil Yusiflinin Azərbaycan elminin şərəfini yüksəldən şəxsiyyətlərdən olduğu, onun adının yalnız ölkəmizdə deyil, dünya miqyasında da tanındığı, həmişə hörmət və rəğbətlə çəkildiyi, əsərlərinin ən mötəbər mənbələr kimi qəbul edildiyi qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: