Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.09.2023 12:38
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda görüş keçirilib

Qafqazşünaslıq İnstitutunda görüş keçirilib

Rusiya Elmlər Akademiyası İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun Yaxın və Postsovet Şərq şöbəsinin əməkdaşları Razil Quzaerov və Alina Sbitneva AMEA-nın Qafqazşünaslıq İnstitutunda olublar.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı və şöbə müdirləri qonaqlarla görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar. Daha sonra “2023-cü il seçkilərindən sonra Türkiyə Cümhuriyyətinin xarici siyasəti” və “Türk faktoru və mədəni rəğbət” mövzularında müzakirələr aparılıb. M.Qasımlı Razil Quzaerova “Türkiyə Cümhuriyyətinin xarici siyasətində Azərbaycan Respublikasının yeri” mövzusunda yazdığı dissertasiya işi barədə onun xahişi ilə tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: