Oktyabrın 28-də Almatı şəhərində (Qazaxıstan) Thomson Reuters Agentliyi tərəfindən “Biliklərə əsaslanan iqtisadiyyat və elmdə innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev “Elmi jurnalların beynəlxalq səviyyəyə çatdırılması” mövzusunda məruzə ilə çıxış edib.
Məlumdur ki, Azərbaycanda dərc olunan 3 elmi jurnal Thomson Reuters Agentliyinin siyahısında yer alır. F.Əliyev məruzəsində Azərbaycan alimlərinin bu sahədə qazandığı təcrübə və əldə etdiyi nailiyyətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Thomson Reuters Agentliyinin səlahiyyətli nümayəndələri bu təcrübənin regionda geniş istifadə olunmasını tövsiyə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir