Yapon alimləri də daxil olmaqla dörd ölkənin mütəxəssisləri qabaqcıl texnologiyadan istifadə etməklə piramidaların daxilinə baxmağa kömək edəcək yeni layihəyə start veriblər.
Misir, Fransa, Kanada və Yaponiyadan olan alimlər “Scan Piramidis” adlı layihədə iştirak edirlər. Oktyabrın 25-də onlar Qahirə yaxınlığında mətbuat konfransı keçiriblər.
Naqoya Universitetinin dosenti Kunahiro Morişima piramidanın daxilinə baxmaq üçün myuon adlı hissəciklərdən istifadə edən qurğunun yapon həmkarları ilə birlikdə necə quraşdırılacağı barədə məlumat verib. Qeyd edib ki, myuonlar kosmik şüaların yerin atmosferi ilə toqquşması nəticəsində yaranır.
Bu hissəciklər piramidalar da daxil olmaqla bərk hissələrdən asanlıqla keçərək rentgeneskopiya kimi qapalı obyekt haqda dəqiq məlumat vermək qabiliyyətinə malikdir.