Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.10.2023 12:19
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzində yubiley tədbiri keçirilib

Seysmoloji Xidmət Mərkəzində yubiley tədbiri keçirilib

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Kompleks tədqiqatların elmi araşdırılması şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azay Rzayevin 75 illik yubileyi qeyd olunub.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, Azay Rzayev uzun illərdir ki, Respublika Seysmoloji Xidmət Mərkəzində çalışır. Mərkəzdə aparılan maqnitometrik tədqiqatların inkişaf etdirilməsində Azay Rzayevin böyük rolu və əməyi olduğunu qeyd edən professor Qurban Yetirmişli yubilyarın hazırda da mərkəzdə fəaliyyətini davam etdirdiyini qeyd edib. Baş direktor Azay Rzayevi 75 illik yubileyi münasibətilə təbrik edərək, ona can sağlığı və fəaliyyətində uğurlar arzu edib.

Seysmoloji Xidmət Mərkəzin Kompleks tədqiqatların elmi araşdırılması şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azay Rzayev göstərilən diqqətə görə mərkəz rəhbərliyinə və kollektivə öz minnətdarlığını bildirib.

Sonda yubilyar mərkəz rəhbərliyi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: