Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.10.2023 11:16
  • A-
  • A
  • A+

Təbiəti Mühafizə üzrə Milli Planın hazırlanması layihəsi çərçivəsində seminar keçirilib

Təbiəti Mühafizə üzrə Milli Planın hazırlanması layihəsi çərçivəsində seminar keçirilib

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin birgə təşkilatçılığı ilə “Biomüxtəlifliyin qorunması və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi vasitəsilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində seminar keçirilib.

Dövlət qurumları və qeyri hökumət təşkilatlarının birgə iştirak etdiyi tədbirdə gündəlikdə duran məsələlər müzakirə edilib.

Təbiəti Mühafizə Üzrə Milli Planın hazırlanması mövzusuna həsr olunan seminarın məqsədi Qafqaz ekoregionu üzrə daha böyük transsərhəd ekoloji şəbəkənin yaradılmasına və səmərəli idarə olunmasına dəstək göstərilməsi üçün milli səviyyədə tələb olunan tədbirlərin həyata keçirilməsinə yönəlib.

Sonda Milli Təbiəti Mühafizə Planının hazırlanmasına nəzarət etmək üçün ETSN-nin rəhbərliyi ilə İdarələrarası Əlaqələndirmə Komitəsinin və sözügedən Planın işlənib hazırlanması prosesinə texniki rəhbərlik məqsədilə çoxtərəfli Ekspert İşçi Qrupunun yaradılması qərara alınıb.

Qeyd edək ki, seminarda Azərbaycan Milli Elmlər Akademiyasını AMEA-nın vitse-prezidentlərinin xidmətinin elmi katibi, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə ekspert qismində təmsil edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: