Bennu asteroidindən alınan maddə nümunələrinin ilkin təhlili onun tərkibində su və karbon olduğunu göstərib.
NASA-dan verilən məlumata görə, bu, Osiris-rex zondu tərəfindən Yerə çatdırılan nümunələrin təhlilinin ilkin nəticələridir.
“Su və karbon molekulları tapmaq istədiyimiz materiallardır. Bunlar planetimizin formalaşmasında son dərəcə vacib elementlərdir. Onlar (nümunələr) bizə həyatın mənşəyinə səbəb ola biləcək elementlərin mənşəyini müəyyən etməyə kömək edəcək”, – NASA rəhbəri Bill Nelsonun sözlərini sitat gətirib.
Zond kapsulu ötən ay asteroiddən alınan maddə nümunələri ilə birlikdə Yerə qayıdıb. Zond 2016-cı ilin sentyabrından yeddi ildir ki, uçuşdadır. Osiris-rex 2020-ci ilin oktyabrında Bennu səthinə enib. Materialları toplayaraq, asteroidin strukturunu və xassələrini öyrəndikdən sonra zond 2021-ci ilin yazında orbitini tərk edərək Yerə doğru yola düşüb.
Daha əvvəl bildirilmişdi ki, asteroid Mars və Yupiter arasında yerləşən asteroid qurşağındakı daha böyük bir göy cisimindən qopduğu zaman onun təxminən 2 milyard yaşı ola bilər. Müasir elm hesab edir ki, Yer təxminən 4,54 milyard il əvvəl yaranıb və planetdə həyat təxminən 4,1 milyard il əvvəl başlayıb.