AMEA-nın Dilçilik İnstitutunda Qazaxıstanın Şəkərim adına Serney şəhər Universitetinin Abayşünaslıq mərkəzinin müdiri, dosent Akmaral Smarqula, dosent Karşığa Mukarova və Elmira Səmədbəyova qonaq olublar.
Görüş çərçivəsində kitabxana sahəsinin perspektivləri müzakirə olunub. Dilçilik İnstitutunun kitabxanasının müdiri Sevil Zülfüqarova Qazaxıstan Serney Universiteti və Dilçilik İnstitutunun kitabxanasının daha sıx əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Kitabxanada qazaxlı oxucuların böyük marağına səbəb olan Azərbaycan dilçiliyinə aid bir sıra kitabların sərgisi təşkil olunub.
Sonda Qazaxıstan Serney Universitetinin kitabxanası Dilçilik İnstitutunda nəşr olunan kitablar hədiyyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.