Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.10.2023 15:21
  • A-
  • A
  • A+

Botanika İnstitutunda laboratoriya və şöbələrin elmi hesabatlarına başlanılıb

Botanika İnstitutunda laboratoriya və şöbələrin elmi hesabatlarına başlanılıb

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda fəaliyyət göstərən şöbə və laboratoriyaların 2023-cü ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclaslarına başlanılıb.

Elmi şuranın sədri, institutun baş direktoru, professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçirilən iclasda Sistematika və biomüxtəliflik şöbəsinin, Ali bitkilərin sistematikası və coğrafiyası və Alqologiya və lixenobriologiya laboratoriyalarının əməkdaşları hesabat veriblər.

Əvvəlcə struktur bölmədə çalışan əməkdaşların ayrı-ayrılıqda plana uyğun icraçısı olduğu iş, mərhələ və ya bölmə üzrə hesabatları dinlənilib.

Sonra laboratoriya müdirləri, dosentlər Rəşad Səlimov, Şəkər Muxtarova və şöbə müdiri Aydın Əsgərov hesabat məruzələri ilə çıxış ediblər. Məruzəçilər öz təqdimatında hesabat ilində yerinə yetirilən işlər, elmi nəticələr, çap olunan elmi əsərlər, konfrans və seminarlarda iştirak, xarici səfərlər, ekspedisiyalar, ezamiyyətlər, elmi kadrların hazırlanması və s. haqqında geniş məlumat veriblər.

İnstitutun icraçı direktoru, professor Şakir Qasımov, elmi katib Xuraman Xəlilova, şöbə və laboratoriya müdirləri, professor Eldar Novruzov, biologiya elmləri doktorları Naibə Mehdiyeva, Dilzarə Ağayeva, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani və digərlərinin iştirakı ilə məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonda professor S.İbadullayeva hesabatları məqbul hesab edib və növbəti ildə görülməsi nəzərdə tutulan elmi işlər haqqında müəyyən tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: