“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” İrlandiya Prezidenti Maykl Higginsə təqdim edilib.
AMEa-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, UNESCO-nun Fransada fəaliyyət göstərən Gənclər platformasının Azərbaycan təmsilçisi Vəfa Abdullayeva-Nəbiyeva atlası mərkəzi qərargahı İtaliyanın paytaxtı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) elm, təhsil, innovasiya, iqlim dəyişikliyi, qida təhlükəsizliyi kimi məsələlərə həsr olunmuş hibrid forumu çərçivəsində İrlandiya Prezidentinə təqdim edib. Prezident Maykl Higgins atlasın nəfis tərtibatını yüksək qiymətləndirib, bu işdə çox böyük zəhmətin olduğunu vurğulayıb.
Dilçilik İnstitutunun əməkdaşı, həmçinin Azərbaycanın İtaliyadakı səfirliyində olub, Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-türki” kitabını səfirliyə təqdim edib. Nəsimi adına Dilçilik İnstitutuna isə həmmüəllifləri italiyalı professor Daniel Pommier Vinçelli və azərbaycanlı professor Elçin Əhmədov olan və italyan dilində çapdan çıxmış “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabı təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.