Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.11.2023 14:00
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzdə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib

Şəki Regional Elmi Mərkəzdə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü bildirib ki, Ulu Öndər Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr edib. Dahi liderin üzərinə götürdüyü xilaskarlıq missiyasından və onu şərəflə, ləyaqətlə yerinə yetirməsindən danışan direktor qeyd edib ki, bu gün bütün sahələrdə Ulu Öndərin ideyaları, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra ŞREM-in Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi çıxışında Ümummilli Liderin siyasi kursuna uyğun olaraq ölkəmizdə aparılan islahatların verdiyi müsbət nəticələrdən, eləcə də Azərbaycan dövlətini dünyada təmsil edə bilən, ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənclərin yetişməsi üçün yaradılmış şəraitdən bəhs edib. Məruzəçi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ideyalarını davam etdirir, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkişaf etdirir.

ŞREM-in Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi Təranə Abdullayeva “Heydər Əliyev və Azərbaycan elmi” adlı çıxışında Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində Azərbaycanın çiçəklənən respublikaya çevrilməsində, milli kadrların yetişdirilməsində, müstəqilliyin bünövrəsinin qoyulmasındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndərin müstəqillik illərində də digər sahələr kimi elm və təhsilin inkişafını diqqətdən kənarda qoymaması və bu sahənin problemlərinin kompleks şəkildə həlli üçün inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə tarixi sərəncam və fərmanlar imzalaması respublikamızın inkişaf perspektlərini müəyyənləşdirən vacib addımlardandır. Bu gün dahi liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: