Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.11.2023 14:19
  • A-
  • A
  • A+

“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində dilçilik məsələləri” mövzusunda elmi sessiya keçirilib

“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində dilçilik məsələləri” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin dialektologiyası şöbəsinin təşkilatçılığı ilə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində dilçilik məsələləri” mövzusunda elmi sessiya keçirilib.

Tədbir Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunub.

İclasda Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli bildirib ki,1923-cü il noyabr ayının 2-də təsis edilmiş Cəmiyyətin 6 illik fəaliyyətindən sonra onun əsasında Azərbaycan Elmi-Tədqiqat İnstitutu, sonralar SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı, nəhayət, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının sələfi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin elmimizin təşkilatlanmasında və sistemləşdirilməsində olduqca böyük rolu vardır. 1926-cı ildə I Türkoloji Qurultayın keçirilməsi Cəmiyyətin ən təqdirəlayiq tarixi xidmətlərindəndir.

İclasda filologiya üzrə fəlsəfə doktoru Güntəkin Binnətova “Azərbaycan Tədqiq və Tətəbbö: professor Bəkir Çobanzadənin dialektoloji araşdırmaları”, dosent Səkinə Şərifova “Azərbaycan Tədqiq və Tətəbbö: akademik N.İ.Aşmarin”, dosent Qüdsiyyə Qəmbərova “Azərbaycan Tədqiq və Tətəbbö: professor İdris Həsənovun dilçilik görüşləri” və Aynur Saydova “Azərbaycan türk xalqları şivələri lüğətinin linqvistik xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış etmişlər.

Məruzələrdə 1924-cü ildə Bakı Dövlət Universitetinin və Yeni Əlifba Komitəsinin dəvəti ilə Bakıya gələn professor B.Çobanzadənin dialektologiya sahəsindəki fəaliyyəti ətraflı şərh edilib. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin hansı məqsədlə yaradılmasından, Aşmarinin bu Cəmiyyətdə və Azərbaycan dialektologiyasında rolundan bəhs edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: