Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) Gənc Alim və Mütəxəssislər Şurası Bakı Dövlət Univeresiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün açıq qapı təşkil edib.
GGİ-nin akt zalında institutun tarixçəsi, şöbələri, tədqiqat istiqamətləri, reallaşmış beynəlxalq və respublika əhəmiyyətli elmi tədbirlər barədə məlumat verildikdən sonra qonaqlar institut mütəxəssislərinin müşayiəti ilə Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi, Neftin geokimyası laboratoriyası, Geoloji materialların texniki emalı şöbəsi, Dinamiki geologiya sobəsindəki paleomagnetizm laboratoriyası, Biota təkamülü və geoloji hadisələr şöbəsi və sonda Geoloji-mineroloji muzeyi ilə yaxından tanış olublar.
İki gün davam edən açıq qapı günlərində tələbələrin suallarına, maraqlandıqları məsələlərə aydınlıq gətirilib və onlarla xatirə fotoları hazırlanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.