Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2023 09:52
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Zəfər Günü ilə bağlı tədbir keçirilib

Dendrologiya İnstitutunda Zəfər Günü ilə bağlı tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə vətən uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra institutun baş direktor vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova tədbir iştirakçılarını və xalqımızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib.

O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatıb.

Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə Xankəndində, Xocalıda qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzindəki bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza Ali Baş Komandanımız on minlərlə hərbçimiz bəxş etmişdir.

Daha sonra Bitki mühafizəsi laboratoriyasının əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru  Mərdan Tağıyev, Mərkəzləşdirilmiş eksperimental laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Xəlilov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, HİK- sədri Tünzalə Zeyvəliyeva çıxış edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan Vətən müharibəsi ilə xalqımızın 30 illik yurd həsrətinə son qoyulduğunu, torpaqlarımızın düşmən tapdağından azad edildiyi bildirilib.

Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətindən söz açılıb həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıldığını, Azərbaycan dövlətinin bütün dünyada qalib dövlət, xalqımızın qalib xalq kimi tanındığını qeyd ediblər.

Bəli bu gün xalqımız bu böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşamaqdadır. Eyni zamanda bu gün ən böyük arzusu Vətən torpaqlarını azad görmək olan Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhları şaddır.

Sonda ölkəmizin zəfər qazanması münasibəti ilə yaranan institutun Zəfər tv kanalının hazırladığı video çarx nümayiş olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: