Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2023 13:24
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Fizika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəliklə sükutla yad olunub.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb. O, 8 noyabrın Azərbaycan tarixindəki yerindən, əhəmiyyətindən bəhs edib. Akademik Zəfər Gününün bütün dünya azərbaycanlılarının, ümumilikdə Türk dünyasının bayramı olduğunu qeyd edib. Arif Həşimov Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətdən danışıb. Bildirib ki, istər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində canlarından keçmiş vətən oğullarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq hər birimizin vətəndaşlıq borcudur.

Akademik Arif Həşimov zəfər yoluna aparan qələbənin tarixindən danışıb. Bildirib ki, 30 ildən sonra əldə olunan zəfərin təməli Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıtması ilə başlayıb. O, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda yeni dövrün başlandığını, əmin-amanlığın yarandığını və  sosial-iqtisadi vəziyyətin yaxşılaşması üçün əməli addımların atıldığını vurğulayıb. Ulu Öndərin hələ Sovet hakimiyyəti illərində Cəmşid Naxçivanski adına hərbi məktəbin yaratdığını qeyd edib.

Akademik Arif Həşimov I Qarabağ müharibəsi zamanı Fizika İnstitutunun əməkdaşlarından Yusif Əbilovun Şuşa, Laçın, Füzuli, Tərtər, Əbülfət Qasımovun Murovdağ, Şəmsi Hacıyevin isə Zəngilan, Füzuli döyüşlərində iştirak etdiyini vurğulayıb. Bildirib ki, əməkdaşlardan 1 nəfər kadrlar üzrə mütəxəssis Mətanət Məcidova isə şəhid ailəsidir.

Fizika üzrə fəlsəfə doktoru Lalə Əliyeva müəllifi olduğu şeri və kiçik elmi işçi Xədicə Əliyeva institutun aparıcı mühəndisi Nüşabə Yaqubəliyevanın müəllifi olduğu şeiri səsləndirib.

Tədbirdə fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqov, fizika üzrə fəlsəfə doktoru Eldar Həsənov və elmi işçi Bayram Xudayarov çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: