Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2023 09:20
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda Zəfər Günü qeyd olunub

Biofizika İnstitutunda Zəfər Günü qeyd olunub

AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda 8 Noyabr – Zəfər Günü münasibətilə  tədbir keçirilib.

Öncə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş nitqi ilə açan institutun icraçı direktoru, b.e.d. Kərim Qasımov Azərbaycan tarixinə şanlı Zəfər Günü kimi qızıl hərflərlə yazılan 8 Noyabr zəfərinin xalqımız üçün ən mühum qələbə olduğunu, iftixar və qürur mənbəyinə çevrildiyini, bu qələbəni ürək dolusu, sevinc göz yaşı ilə qarşıladığımızı qeyd edib. Böyük Zəfərə görə müzəffər ordunun hər bir zabit və əsgərinə, qazisinə institutun kollektivi adından minnətdarlığını bildirən Kərim Qasımov şəhidlərimizə Allahdan rəhmət diləyib.

Sonra Biofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvü, İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Aysel Əliyeva çıxış edərək Vətən müharibəsində ordumuzun və xalqımızın göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan, qəhrəman igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıb.

Daha sonra 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda Biofizika İnstitutunun Həmkarlar Təşkilatının sədri Rasim Aslanov bu gözəl bayram münasibətilə Azərbaycan xalqına bir daha şəhid verməməsini və Azərbaycan ərazisində bir daha müharibə olmamasını, əmin-amanlıq olmasını arzu edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: