Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2023 09:38
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub

Mikrobiologiya İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub

AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Bayramova hər iki əlamətdar gün münasibətilə əməkdaşları təbrik edərək “8 Noyabr – Şanlı Zəfər tariximiz” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrilib. Xalqımız öz liderinin – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətnliyini, mübarizliyini nümayiş etdirdi. Qarabağ Zəfəri qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu.

Yığıncaqda Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Aygün Behbudova və Əfsanə Cəmilli çıxış edərək Zəfər Gününün ölkəmizin tarixində ən şərəfli, ən əlamətdar bir gün olduğunu qeyd edərək ordumuzun rəşadəti, xalqımızın iradə, birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” ətrafında sıx birləşməsi sayəsində əldə olunan bu Zəfərin hər birimiz üçün sonsuz qürur mənbəyi olduğunu vurğulayıblar.

Sonra GAMŞ-ın üzvü Əsmər Məmmədova 9 Noyabr – Dövlət Bayrağı Gününün təsis tarixindən bəhs edib. O bildirib ki, dövlətçiliyimizin mühüm atributlarından olan üçrəngli bayrağımızın dalğalanması üçün xalqımız şəhidlər verib. Hər bir Azərbaycan vətəndaşı üçün bayraq qürur mənbəyidir. Bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər kürsülərindən ucalır. Bu bayrağı hər zaman uca tutmaq hər bir azərbaycanlının borcudur.

Tədbirdə 44 gün davam edən Vətən müharibəsinin parlaq səhifələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

Sonra gənclər Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkını ziyarət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: